Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılır

İqtisadiyyat - 23 Aprel 2024 12:33 A A

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş təsdiqlənib.

Xəbər15 bildirir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Oxunma sayı: 33
İqtisadiyyat - 12:33 A A
OXŞAR XƏBƏRLƏR