Bakıda COVID-19-la mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb

Səhiyyə - 16 Aprel 2024 11:57 A A

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb.

Xəbər15 bildirir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, əməkhaqlarına əlavənin müddəti iyulun 1-dək uzadılıb.

Oxunma sayı: 71
Səhiyyə - 11:57 A A
OXŞAR XƏBƏRLƏR