Bu il Türk Dövlətləri Qiymətləndiricilər Birliyinə prezidentlik Azərbaycana, vitse-prezidentlik Türkiyəyə keçəcək

İqtisadiyyat - 24 Aprel 2024 11:26 A A

Mayın 31-dən iyunun 2-nə qədər Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin növbəti “Zirvə Görüşü” keçiriləcək.

Bunu Xəbər15-ə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, tədbirdə Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) prezidentlik səlahiyyətləri AQC sədri olaraq onun şəxsində Azərbaycana, vitse-prezidentlik səlahiyyətləri isə Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçecinin timsalında Türkiyəyə ötürüləcək.

V.Oruc “Zirvə Görüşü”nə Rusiyadan, Belarusdan və digər ölkələrdən qiymətləndirmə birliklərinin rəhbərlərinin də qonaq qismində qatılacağını bildirib.

Oxunma sayı: 92
İqtisadiyyat - 11:26 A A
OXŞAR XƏBƏRLƏR