Bu xəstəliyə rekord sayda yoluxma qeydə alınır
Ötən həftə Çexiyada rekord sayda (1 494) göy öskürək xəstəliyinə yoluxma halı qeydə alınıb.
Xəbər15 bildirir ki, bunu Çexiya Səhiyyə İnstitutunun saytında dərc olunan statistik məlumatlar göstərir.
Statistikaya görə, ölkədə son 65 ildəki ən dəhşətli göy öskürək epidemiyası güclənir. Keçən həftə həkimlər tərəfindən müəyyən edilən xəstələrin sayı bütün 2023-cü ildəki yoluxma hallarının sayından iki dəfə çoxdur.
Çexiyada bu ilin yanvar ayından bəri 7 888 göy öskürəyə yoluxma faktı təsdiqlənib. Sonuncu dəfə ölkədə bu xəstəliklə bağlı belə həyəcanverici vəziyyət 1959-cu ildə müşahidə olunub, o zaman 18 978 sakin xəstəliyə yoluxmuşdu.
Həkimlər ölkə sakinlərinə göy öskürəyə qarşı peyvənd etməyi şiddətlə tövsiyə edirlər. Amma hazırda Çexiyada cəmi dörd min ədəd peyvənd var. Onlar ilk növbədə uşaqlar və hamilə qadınlar üçün nəzərdə tutulub. Bu həftə Kanada və Fransadan Çexiyaya 90 min ədəd göy öskürək peyvəndi gətirilməlidir.
Mənbə: TASS
Oxunma sayı: 47-
Moldovada Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib
-
Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
-
Azərbaycan Türkiyənin ən böyük “Kültür yolu” Festivalında iştirak edəcək
-
Azərbaycan Türkiyədən quru meyvə alışına çəkdiyi xərci artırıb
-
Türkiyədən Azərbaycana xalça ixracı 30 %-ə yaxın azalıb
-
Azərbaycan Türkiyədən fındıq alışını 92 %-ə yaxın azaldıb