Eskişehirdən Azərbaycana məhsul ixracı 27 %-dən çox artıb

İqtisadiyyat - 23 Aprel 2024 14:22 A A

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Eskişehir şəhərindən Azərbaycana 9 milyon 301 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Xəbər15 Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 27,3 % çoxdur.

Həmçinin cari ilin mart ayında Eskişehirdən ölkəmizə 2 milyon 778 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 19,3 % artım deməkdir.

Oxunma sayı: 28
İqtisadiyyat - 14:22 A A
OXŞAR XƏBƏRLƏR