Keçən il tarlalardan üzüm yığımı 5,6 % artıb

Kənd təsərrüfatı - 30 Yanvar 2024 18:25 A A

2023-cü ildə tarlalardan 224,5 min ton (5,6 faiz çox) üzüm yığılıb.

Xəbər15 Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2023-cü ildə qarğıdalı da daxil olmaqla tarlalardan 3248,6 min ton və ya 2022-ci ilə nisbətən 2,8 faiz çox dənli və dənli paxlalı bitkilər, 1010,5 min ton (5,9 faiz az) kartof, 1825,6 min ton (0,1 faiz çox) tərəvəz, 438,2 min ton (6,6 faiz az) bostan məhsulları, 1261,3 min ton (0,7 faiz çox) meyvə və giləmeyvə yığılıb.

Həmçinin yığılan məhsullar arasında 1,1 min ton (12,3 faiz çox) yaşıl çay yarpağı, 29,3 min ton (0,2 faiz az) günəbaxan, 219,8 min ton (1,3 faiz az) şəkər çuğunduru, 6,3 min ton (24,9 faiz çox) tütün və 276,1 min ton (14,4 faiz az) pambıq var.

Oxunma sayı: 59
Kənd təsərrüfatı - 18:25 A A
OXŞAR XƏBƏRLƏR