Kuleba Blinkenlə görüşüb

Siyasət - 18 Aprel 2024 14:16 A A

Ukrayna xarici işlər naziri Dmitro Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Xəbər15 bildirir ki, bu barədə Ukrayna XİN rəhbəri “X” hesabında qeyd edib.

D.Kuleba qeyd edib ki, görüşdə ən qısa zamanda Ukraynaya daha çox “Patriot” hava hücumundan müdafiə sistemləri və raketləri çatdırmaq üçün birgə qlobal səylər müzakirə olunub:

“Mən dövlət katibi Blinkenin lazımi qərarların qəbul edilməsində verdiyi dəstək səylərini yüksək qiymətləndirirəm. Hər ikimiz ABŞ Konqresinin Ukraynaya əlavə yardım paketini qəbul etməsinin təcili olduğunu vurğuladıq”.

O əlavə edib ki, bu, Ukraynaya insanların həyatını xilas etməyə və döyüş meydanındakı vəziyyəti yaxşılaşdırmağa imkan verəcək.

Oxunma sayı: 45
Siyasət - 14:16 A A
OXŞAR XƏBƏRLƏR