Nazir məktəblərdəki xoşagəlməz hallardan danışıb
Məktəblərdə hadisə qurbanı və mahiyyəti kənarda qalıb emosional davranış əsas götürülürsə bu, yaxşı deyil.
Xəbər15 bildirir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, hər il məktəblərdə xoşagəlməz hadisə baş verir: “Belə hallar bu gün də var, sonra da olacaq. Bütün dünyada vəziyyət belədir. Yaxşı təhsil sistemini pisdən ayıran əsas nüans sondakı reaksiyanın nədən ibarət olmasıdır. Hadisə qurbanı və mahiyyəti kənarda qalıb emosional davranış əsas götürülürsə bu, yaxşı deyil. Hadisə baş veribsə əsas məsələ nəticədir”.
O bildirib ki, azyaşlı və yeniyetmələrlə iş görən komissiyaların işinə nəzarət gücləndirilməlidir: “Bəzən emosional gərginliyin mənfi təsirə məruz qalan şagirdə hansı faydası var məsələsi kənarda qalır. Halbuki nəzərə almaq lazımdır ki, emosiya tez bitir”.
Oxunma sayı: 24-
Moldovada Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib
-
Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
-
Azərbaycan Türkiyənin ən böyük “Kültür yolu” Festivalında iştirak edəcək
-
Azərbaycan Türkiyədən quru meyvə alışına çəkdiyi xərci artırıb
-
Türkiyədən Azərbaycana xalça ixracı 30 %-ə yaxın azalıb
-
Azərbaycan Türkiyədən fındıq alışını 92 %-ə yaxın azaldıb