Rusiyalı deputat: Hazırda Qarabağda sülhməramlılar lazım deyil

Siyasət - 17 Aprel 2024 18:09 A A

Hazırda Qarabağda sülhməramlılar lazım deyil.

Xəbər15 bildirir ki, bunu Rusiya Dövlət Dumasının müdafiə üzrə komitəsinin sədr müavini Aleksey Juravlyov “RİA-Novosti”yə açıqlamasında Rusiya sülhməramlı kontingentinin Azərbaycandan vaxtından əvvəl çıxarılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağda missiyasının başa çatdığını demək olar:“Dinc sakinləri qorumaq mümkün oldu, onlara yardım göstərildi. Hazırda sülhməramlılar lazım deyillər, çünki Qarabağda qarşı-qarşıya olan tərəflər yoxdur. Qarabağın Azərbaycana mənsub olması isə heç kimdə şübhə doğurmur”.

 

Oxunma sayı: 39
Siyasət - 18:09 A A
OXŞAR XƏBƏRLƏR