Tovuzda kollec direktoru işdən çıxarılıb

Təhsil - 8 Aprel 2024 10:10 A A

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Rizvan Qənbərov işdən azad edilib.

Bu barədə Xəbər15-ə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, martın 29-da Agentliyin nümayəndələri Tovuz Dövlət Sosial-İqtisadi Kollecində monitorinq keçiriblər. Monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb. Nəticədə 4 aprel 2024-cü il tarixli əmrlə Kollecin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Oxunma sayı: 43
Təhsil - 10:10 A A
OXŞAR XƏBƏRLƏR