Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub
Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin rektoru professor Alptekin Yasimin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.
UNEC-dən Xəbər15-ə bildirilib ki, rektor Ədalət Muradovla görüşdə professor Alptekin Yasiminə universitetin tədris prosesi, elektron universitet modeli, diferensial əməkhaqqı sistemi (DƏHS), imtahanların keçirilməsi və tələbə biliyinin qiymətləndirilməsi, beynəlxalq əlaqələr və sahələr barədə məlumat verilib.
Türkiyəli qonaqlar UNEC-in DƏHS-ni, tələbə biliyinin qiymətləndirilməsi ilə bağlı tətbiq olunan yeni yanaşmanı yüksək qiymətləndiriblər.
Görüşdə tərəflər arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub, yeni doktorantura təhsili modelinin reallaşdırılmasına dair razılıq əldə edilib. Sonra iki universitetin rektorları əməkdaşlıq memorandumunu imzalayıblar.
Səfər çərçivəsində türkiyəli qonaqlar UNEC-in tələbə və məzunlarının xatirəsinə ucaldılmış Şəhidlər Kompleksini də ziyarət ediblər.
Oxunma sayı: 87-
Moldovada Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib
-
Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
-
Azərbaycan Türkiyənin ən böyük “Kültür yolu” Festivalında iştirak edəcək
-
Azərbaycan Türkiyədən quru meyvə alışına çəkdiyi xərci artırıb
-
Türkiyədən Azərbaycana xalça ixracı 30 %-ə yaxın azalıb
-
Azərbaycan Türkiyədən fındıq alışını 92 %-ə yaxın azaldıb