Zaqatalada iki qohum pomidor turşusundan zəhərlənib
Zaqatalada iki nəfər pomidor turşusundan zəhərlənib.
Xəbər15 bildirir ki, hadisə rayonun Yuxarı Tala kəndində baş verib. 1999-cu il təvəllüdlü Mollahacı Nurəddin oğlu Ramazanov ötən gün zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Müayinə zamanı Mollahacı Ramazanovun pomidor turşusundan zəhərləndiyi məlum olub, vəziyyəti ağır olduğu üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.
Bu gün isə M. Ramazanovun yaxın qohumu 1963-cü il təvəllüdlü Murad Ramazan oğlu Ramazanov zəhərlənmə əlamətləri ilə Zaqatala RMX-ya müraciət edib. Onun da ötən gün qohumu M.Ramazanovla eyni məclisdə pomidor turşusundan zəhərləndiyi məlum olub.
Murad Ramazanov reanimasiya şöbəsinə yerləşdirilib.
Oxunma sayı: 93OXŞAR XƏBƏRLƏR
-
Moldovada Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib
-
Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
-
Azərbaycan Türkiyənin ən böyük “Kültür yolu” Festivalında iştirak edəcək
-
Azərbaycan Türkiyədən quru meyvə alışına çəkdiyi xərci artırıb
-
Türkiyədən Azərbaycana xalça ixracı 30 %-ə yaxın azalıb
-
Azərbaycan Türkiyədən fındıq alışını 92 %-ə yaxın azaldıb